Ordu.az xəbər verir ki, Çinin istehsal gücünə toxunan və xüsusilə nüvə sualtı qayıq imkanlarını vurğulayan Konroy Çinin 2030-cu ilə qədər 21 nüvə sualtı qayığı istehsal edə biləcəyini və təxminən 200 müxtəlif tipli döyüş gəmisinə sahib olacağını bildirib.
Xüsusilə Çin və ABŞ arasında gərginliyin artdığı bir vaxtda Avstraliyanın dəniz gücünü artırmaq üçün təcili xəbərdarlıq edilib.
Bu kontekstdə Avstraliya yeni texnologiyalar inkişaf etdirməyə, investisiya qoymağa və Avstraliya qüvvələrini Hind-Sakit Okean bölgəsində mümkün müharibə vəziyyətinə hazırlamağa çağırılıb.
Sevinc Əliyeva
Ordu.az