İsrail əlavə F-35 döyüş təyyarələri almağı planlaşdırır

2023/09/f-35--1694504167.jpg
Oxunub: 198     14:21     12 Sentyabr 2023    
İsrailin müdafiə naziri Yoav Gallant 2023-cü sentyabrın 3-də “Lockheed Martin”dən üçüncü F-35 parkının alınmasını rəsmi olaraq istəyib.

Ordu.az xəbər verir ki, nazir İsrailin ümumi təyyarə sayını 75-ə çatdıracaq 25 ədəd F-35 təyyarəsindən ibarət üçüncü parkın alınması üçün ABŞ və “Lockheed Martin”ə rəsmi tələb məktubu təqdim edib.

Mövzu ilə bağlı açıqlama verən “Lockheed Martin”in İsrail üzrə baş direktoru Coşua Şani deyib: “Biz F-35-lərin alınması məsələsində İsrail Müdafiə Qüvvələrini dəstəkləməkdən qürur duyuruq. İsrail hökumətinin əlavə F-35 almaq niyyətini açıqlamasından qürur duyuruq”.

Müdafiə Nazirliyi İsrailin 2027-ci ildən başlayaraq hər il 3 yeni təyyarə almağa başlayacağını bildirən proqram təyin edib. Əvvəlki hesablamalar tədarüklərin 2026-cı ildə başlaya biləcəyini göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   F-35  


Bizi "telegram"da izləyin