Ordu.az “Insider”ə istinadən xəbər verir ki, Mopti şəhəri yaxınlığındakı Sevare hava limanında olan hərbi bazanın içərisində 3 ədəd “Bayraktar TB-2” PUA-sı görüntülənib.
Türkiyə təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, sözügedən hava limanı Mali ordusu tərəfindən idarə olunur. Sözügedən ərazidə “Vaqner”in iştirakı yoxdur.
Ötən ilin dekabrında dövlətə məxsus yerli media tərəfindən Mali hökumətinin “Bayraktar TB2” PUA-sı satın aldığı açıqlanıb. Yeni fotoşəkillər TB2 PUA-larının Malidə aktiv xidmətdə olduğunu göstərir.
Sevinc Əliyeva
Ordu.az