Ordu.az-ın xəbərinə görə, hesabatda enerji böhranının həllində gələcəyin enerji daşıyıcısı olaraq görülən yaşıl hidrogenə investisiyaların və gözləntilərin əhəmiyyətli dərəcədə artdığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, qlobal iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində dünyada yaşanan enerji transformasiyası və xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə birlikdə enerji təchizatı təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbiylə bərpa olunan enerjiyə doğru sürətli bir tendensiya müşahidə edilib.
Bildirilib ki, bu çərçivədə gələcəyin enerji daşıyıcısı olaraq görülən yaşıl hidrogenə investisiyalar və gözləntilər əhəmiyyətli dərəcədə artıb.
Vurğulanıb ki, qalıq yanacaqlarda xaricə asılılıq olduğu üçün böyük bir enerji borcu ödəyən Türkiyə enerji təchizatı təhlükəsizliyi və bərpa olunan enerji hədəfləri istiqamətində son vaxtlar yaşıl hidrogen məsələsini prioritetləşdirməyə başlayıb.
“Türkiyə günəş və külək kimi bərpa olunan enerji mənbələrində son uğurlu performansı ilə diqqətəlayiq bir sürət əldə edib. Bu uğur dünya miqyasında inkişaf edən yaşıl hidrogen istehsalında Türkiyəyə əhəmiyyətli üstünlüklər verir. Bir çox ekspertlərin fikrincə, dünyada yaşıl hidrogen sıçrayışı Türkiyə üçün tarixi bir fürsətdir”, - deyə hesabatda bildirilib.
Sevinc Əliyeva
Ordu.az