Ordu.az-ın xəbərinə görə, “Lockheed Martin” F-35 döyüş təyyarələri üçün texnologiyanın yenilənməsi ilə bağlı problemlər yaşayır ki, bu da şirkətin proqram təminatı problemləri həll olunana qədər döyüş təyyarələrini çatdırmasına mane olur.
Bu axsaqlığın son nümunəsi Danimarkanın sifariş etdiyi F-35-lərlə yaşanıb və aprel ayında təhvil verilməsi nəzərdə tutulan F-35-lərin tədarükü 2024-cü ilin iyun ayına təxirə salınıb.
Ötən iyun ayında Danimarka Ukrayna Silahlı Qüvvələrinə 19 F-16 döyüş təyyarəsi verməyi öhdəsinə götürüb və təhvil üçün hazırlanan təyyarələr Ukrayna Prezidenti Zelenski tərəfindən təsdiqlənib.
Sevinc Əliyeva
Ordu.az