BAEA “Fukusima-1”dən axıdılan suyun keyfiyyətinə nəzarət edəcək

2023/09/65cae-1694450903.jpg
Oxunub: 138     20:21     11 Sentyabr 2023    
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri “Fukusima” atom elektrik stansiyasından (AES) tullantı axıdılması səbəbindən onilliklərlə su nümunələrini toplayacaq və onları təhlil edəcək.

Ordu.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossinin bəyanatında deyilir.

“AES yaxınlığında dəniz suyundan son nümunələrin götürülməsi və təhlili göstərdi ki, tritium səviyyəsi Yaponiyada icazə verilən maksimum səviyyədən aşağıdır. Qərəzsiz monitorinqimiz suyun buraxıldığı bütün dövr boyu davam edəcək və bunun onilliklər çəkəcəyi gözlənilir. Dediyim kimi, BAEA əvvəllər də orada olub və bu fəaliyyət başa çatdıqdan sonra da orada olacaq”, - R.Qrossi deyib.

Bundan əvvəl R.Qrossi BAEA mütəxəssislərinin təhlükəsizliyi son damla suya qədər qədər yoxlayacaqlarına söz vermişdi.

Xatırladaq ki, avqustun 24-də yaponiyalı mütəxəssislər qəza vəziyyətində olan “Fukusima-1” AES-in reaktorlarını soyutmaq üçün istifadə edilən suyu Sakit Okeana axıtmağa başlayıblar. Suyun buraxılması ərəfəsində AES-in operatoru olan TEPCO şirkəti böyük miqdarda dəniz suyu ilə qarışdırılmış, axıdılmağa hazırlanan suda tritium konsentrasiyasının miqdarını yenidən yoxlamışdı.

Plana əsasən, suyun axıdılışı ilə bağlı ilk müddət 17 gün davam edəcək, ümumilikdə dəniz suyu ilə seyrəldilmiş 7 800 ton təmizlənmiş su axıdılacaq.

AES-in operatoru suyun axıdılmasından sonra dəniz suyundan nümunələr götürərək onun təhlükəsizlik tələblərinə cavab verdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BAEA   Fukusima  


Bizi "telegram"da izləyin