Belarusda dəmir yollarını partlatmağa hazırlaşan diversantlar saxlanılıb

2023/09/1694432244.jpg
Oxunub: 129     15:18     11 Sentyabr 2023    
Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) əməkdaşları ölkənin dəmir yollarını partlatmağa hazırlaşan ukraynalı diversantları saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Belarus DTK bəyanat yayıb.

Qeyd olunub ki, onlar saxlanılan zaman partlayıcı maddələr və detonatorlar götürülüb. Həmçinin əlavə olunub ki, saxlanılan üç nəfər diversant Stolbtsı (Minsk vilayəti) və Toloçin (Vitebsk vilayəti) vilayətlərində dəmir yolunda terror aktları həyata keçirməyə hazırlaşıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   DTK  


Bizi "telegram"da izləyin