Jirayr Səfilyan “vaqnerçi"lərlə bağlı açıqlamasına görə dindiriləcək

2018/11/16037-1543046186.jpg
Oxunub: 21931     15:11     11 Sentyabr 2023    
Ermənistanda qərbyönlü “Milli Demokratik Qütb” siyasi blokunun nümayəndəsi Jirayr Səfilyan ölkədə "Vaqner" özəl hərbi şirkətinin döyüşçülərinin “olması” ilə bağlı açıqlamalarına görə bu gün Milli Təhlükəsizlik Xidmətində dindiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Xatırladaq ki, bir müddət öncə Ermənistanda bir sıra iqtidaryönlü qurumlara məxsus səhifələrdə 3 min “vaqnerçi”nin ölkəyə gəlişi və yerli qüvvələrin dəstəyi ilə dövlət çevrilişi həyata keçirəcəyi, həmçinin Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdıracağı ilə bağlı xəbərlər yayılıb.

Bunun ardınca isə Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin bu iddiaları cəfəngiyat adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Jirayr-Səfilyan   Vaqner  


Bizi "telegram"da izləyin