Ordu.az xəbər verir ki, təyyarə istehsalçısı “Lockheed Martin” tərəfindən təyin olunan 8 min uçuş saatını tamamlayıb.
İstismardan çıxma mərasimi “Kleine-Brogel” aviabazasında Belçika Hərbi Hava Qüvvələri Günlərində keçirilib.
FA-95 bort nömrəli təyyarə ümumilikdə 38 il xidmət etdikdən sonra inventardan çıxarılıb.
Bundan sonra təyyarə yerüstü heyətlərin təlimində istifadə edilərək, müxtəlif sahələrdə xidmətini davam etdirəcək.
Belçika HHQ Avropada F-16A və iki yerlik B modelinin ilk istifadəçilərindən biri olub. Təyyarələr 1985-ci ildə istismara verilməyə başlayıb.
Qərara uyğun olaraq, Belçika F-16-ları F-35-lərlə əvəz edəcək.
Sevinc Əliyeva
Ordu.az