Polşa “Javelin” tank əleyhinə raket istehsalı üzrə Avropa mərkəzinə çevriləcək

2023/09/1694416713.jpg
Oxunub: 150     17:47     11 Sentyabr 2023    
“Lockheed Martin” Polşada “Javelin” tank əleyhinə raket sistemlərinin istehsalı üçün müqavilə imzalandığını açıqlayıb.

Ordu.az xəbər verir ki, birgə müəssisə çərçivəsində “Polska Grupa Zbrojeniowa” (PGZ), “Raytheon” (RTX) və “Lockheed Martin” birlikdə işləyəcək.

Ukraynada müharibə başlayandan etibarən “Javelin” raketləri Rusiyanın ağır zirehli qüvvələrinə qarşı uğurlu olması ilə diqqət çəkib.

“Javelin”in geniş yayılmış uğuru və artan qlobal gərginlik sistemə tələbatın artmasına səbəb olub və xüsusilə Avropada gələcək inventar tələbini dəstəkləmək üçün istehsalın artırılmasına qərar verilib.

Sistem 30 saniyədən az müddətdə yerləşdirilə və atəşə hazır ola bilər, yenidən doldurma müddəti 20 saniyədən azdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   Polşa   Javelin  


Bizi "telegram"da izləyin