Türkiyə texnologiya şirkəti TUALCOM Londonda ofisini aktivləşdirib

2023/09/TUALC-1694243347.jpg
Oxunub: 202     17:08     09 Sentyabr 2023    
Tamamilə milli sərmayəli Türkiyə texnologiya şirkəti TUALCOM Böyük Britaniyanın paytaxtı Londonda ofisini aktivləşdirib.

Ordu.az xəbər verir ki, London ofisi gələcək vizyonunu “RF və kommunikasiya texnologiyaları sahəsində dünya lideri olmaq” kimi müəyyən edən şirkət üçün mühüm dönüş nöqtəsidir.

İndiyədək 30-dan çox ölkəyə birbaşa ixracat həyata keçirən TUALCOM Anti-Jam, Data Link, Radar və Radioelektron Müharibə, Uçuşun Dayandırılması və Telemetriya sistemlərini inkişaf etdirir.

Şirkət tərəfindən hazırlanan sistemlər bir çox yerli və xarici platformalarda, xüsusilə “Bayraktar TB2”, “Akıncı”, TCG “Anadolu” və MUFA-da istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TUALCOM   London  


Bizi "telegram"da izləyin