ABŞ-nin “LongShot” havadan-havaya raket ata bilən PUA proqramını “General Atomics” qazanıb

2023/09/6363-1694242181.jpg
Oxunub: 194     16:00     09 Sentyabr 2023    
ABŞ Müdafiə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi “LongShot” proqramı çərçivəsində havadan-havaya raket ata bilən, havadan buraxıla bilən və ekipajsız olan hava vasitəsi istehsal etməsi üçün “General Atomics” şirkətini seçib.

Ordu.az xəbər verir ki, “General Atomics” qırıcılara və bombardmançı təyyarələrə daha uzun məsafələrdə hava təhdidlərinə qarşı yeni çeviklik verə biləcək bu Pilotsuz Uçuş Aparatının (PUA) uçuş sınaqlarına ilin sonuna qədər başlamağa ümid etdiyini açıqlayıb.

“General Atomics Aeronautical Systems, Inc.” (GA-ASI) ötən günlərdə “LongShot” proqramının növbəti mərhələsi üçün yeganə qalib olaraq seçildiyini elan edib.

Müdafiə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi 2021-ci ildə “General Atomics”, “Lockheed Martin” və “Northrop Grumman” şirkətlərinə “LongShot” müqavilələrinin birinci raundunu verdiyini, lakin layihə üzərində işin əslində əvvəlki il başladığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   LongShot   PUA  


Bizi "telegram"da izləyin