“Lockheed Martin” şirkətin Cənubi Karolinadakı “Greenville” istehsalat müəssisəsində keçirilən mərasimdə Slovakiya üçün ilk F-16C “Block 70 Fighting Falcon” çoxməqsədli döyüş təyyarəsini təhvil verib.
Ordu.az xəbər verir ki, Slovakiyanın müdafiə naziri Martin Sklenar və digər yüksək səviyyəli Slovakiya dövlət xadimləri tədbirdə iştirak ediblər.
Tədbirdə 12 ədəd bir nəfərlik F-16C və 2 ədəd iki nəfərlik F-16D “Block 70” təyyarəsinin birincisi rəsmi olaraq Slovakiya Respublikasının Silahlı Qüvvələrinə təhvil verilib.
Bu ilk təyyarə 2024-cü ilin ikinci rübündən Slovakiyaya tədarüklərə başlamazdan əvvəl noyabr ayında uçuş sınaqlarına başlayacaq.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Slovakiya
F-16