Nigerdəki ABŞ qüvvələrinin sayı yarıya qədər azaldıla bilər

2023/09/8b690-1694201187.jpg
Oxunub: 190     00:26     09 Sentyabr 2023    
Nigerdəki ABŞ qüvvələrinin sayı yarıya qədər azaldıla bilər.

Ordu.az-ın məlumatına görə, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ əsgərləri kütləvi etirazlar fonunda Nigerin paytaxtını tərk edir.

Nəticədə, ölkədəki Amerika qoşunlarının ümumi sayı təxminən yaxın bir neçə həftə ərzində 1,2 min nəfərdən 500-ə qədər azaldıla bilər.

Mənbə bildirib ki, yekun rəqəm Pentaqonun regionda antiterror əməliyyatlarını davam etdirmək üçün nə qədər ehtiyac olduğuna inanmasından asılıdır.

Daha əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh bildirib ki, ABŞ müdafiə nazirliyi Nigerdəki amerikalı hərbçilərə qarşı hər hansı təhlükə görmür, onların ehtiyat tədbiri olaraq hazırda yerdəyişməsi həyata keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niger   ABŞ  


Bizi "telegram"da izləyin