Ordu.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, Pentaqon öz ehtiyaclarına uyğun olaraq bu cür təlimləri hansı ölkə ilə və hansı növ bölmələrin iştirakı ilə keçirəcəyinə qərar verir, onları əvvəlcədən planlaşdırır.
“Ona görə də ABŞ-nin təşəbbüsü ilə mütəmadi olaraq oxşar ikitərəfli və ya çoxtərəfli hərbi təlimlər keçirilir. Ayrı-ayrılıqda qeyd etmək istərdim ki, bunlar Gürcüstanda, Qazaxıstanda (həmçinin Tacikistan və Özbəkistanın iştirakı ilə), Albaniyada və onlarla başqa Avropa, Asiya, Ərəb və Afrika ölkələrində uyğunlaşdırılıb və müntəzəm olaraq keçirilir. Təlimlər BMT və ya NATO-nun himayəsi altında həyata keçirilən sülhməramlı missiyalarda əməkdaşlığa aiddir. Ona görə də hərbi təlimlər Ermənistan-ABŞ münasibətlərini yeni səviyyəyə qaldırmaq məqsədi daşıya bilməz və daşımır. Bununla Ermənistan ABŞ üçün strateji əhəmiyyət kəsb edən tərəfdaşa, hətta daha çox müttəfiq dövlətə çevrilmir. Bunun üçün ayrıca müzakirə mövzusu olan başqa işlərin aparılması lazımdır”, - deyə Sarkisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az