Pentaqon Çinə qarşı böyük insansız SZ parkı planlaşdırır

2023/07/1690689698.jpg
Oxunub: 103     15:21     08 Sentyabr 2023    
ABŞ Müdafiə Nazirliyi qarşıdakı iki il ərzində Çindən gələ biləcək təhdidlərə qarşı Süni Zəka (SZ) ilə dəstəklənən geniş texnologiya, insansız vasitələr və avtonom sistemlərdən ibarət geniş şəbəkə hazırlamağı düşünür.

Ordu.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri bildirib.

Nəşrə görə, müdafiə nazirinin müavini Ketlin Hiks çərşənbə günü çıxışında Pentaqonun inkişaf etdirmək istədiyi hava, quru və dəniz imkanlarından bəzilərini açıqlayacaq.

Nəşrin məlumatına görə, Pentaqon düşmən hədəflərini aşkar etmək və vurmaq məqəsdilə avtonom sistemlər üçün SZ-dən istifadə etməyi planlaşdırır.

Qeyd olunur ki, ön plana çıxacaq sistemlər Pilotsuz Uçuş Aparatları (PUA) və dəniz platformalarıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Çin   SZ  


Bizi "telegram"da izləyin