Daha bir ölkə “Bayraktar TB2” PUA-sına üstünlük verdi

2023/08/TB2-P-1692428621.jpg
Oxunub: 269     14:32     08 Sentyabr 2023    
“Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatının (PUA) indiyə qədər 30 ölkəyə çatdırıldığı məlum olsa da, bu rəqəm yenilənib.

Ordu.az xəbər verir ki, “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar qatıldığı bir verilişdə “Bayraktar TB2” PUA-sının ixrac edildiyi ölkələrin sayını 31 olaraq açıqlayıb.

Digər tərəfdən, “Baykar” indiyədək 500-dən çox “Bayraktar TB2” PUA-sı istehsal edib.

İxrac müştərilərinə tədarüklərini davam etdirən şirkət hazırda gəlirlərinin 90%-dən çoxunu xaricdəki müştərilərdən əldə edir.

“Bayraktar TB2” PUA-sının genetik kodlarına sahib olan “Akıncı” PUA-sı indiyədək ən az 6 ölkəyə ixrac edilib.

Səudiyyə Ərəbistanı ilə “Baykar” arasında son həftələrdə imzalanan 3,1 milyard dollarlıq “Akıncı” ixrac müqaviləsi Türkiyə müdafiə sənayesinin bir maddədə imzaladığı ən yüksək ixrac müqaviləsi olub.

Digər tərəfdən, şirkətin inkişaf fəaliyyətlərini davam etdirdiyi Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Kızılelma” artıq tələbat alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-TB2   PUA  


Bizi "telegram"da izləyin