Almaniyada at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması qrupda son oyununu keçirib - VİDEO+FOTOLAR

2023/09/2_068-5082287715.jpg
Oxunub: 222     18:02     07 Sentyabr 2023    
Sentyabr ayının 6-da Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması qrupda son oyununu keçirib.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

İsveçrə üzərində 8-2,5 hesabla inamlı qələbə qazanan millimiz qrupu birinciliklə bitirərək yarımfinal mərhələsinə adlayıb. Qollardan 3-nü kapitan Elçin Camallı, 1-ni Tərlan Qurbanəliyev, 3-nü Joakin Kopello və 1-ni isə Andres Liorente öz aktivinə yazdırıb. İlk iki hissədən sonra rəqibdən böyük hesabla irəlidə olan komandamızın ehtiyat heyətinin üzvlərinə də oyunda iştirak etmək şəraiti yaradılıb.

Yığmamız ilk oyunda İspaniyaya 6-5, ikinci oyunda son Avropa Çempionları İtaliyaya qarşı 6-1 və son qrup oyununda isə İsveçrəyə 8-2,5 hesabı ilə qalib gələrək 20 dəqiq zərbə ilə ümumilikdə rəqib qapılarında ən çox top keçirən komandadır. Millimizin kapitanı Elçin Camallı isə şəxsi qol hesabına uyğun olaraq ümumilikdə 9 qolla alman Anton Qraboş və ispan Mario Qomezlə bombardirlər siyahısında birinci yeri bölüşür.

Çempionatın favoritlərindən hesab olunan Azərbaycan yığmasının yarımfinaldakı rəqibi 7 sentyabr tarixində Almaniya, Avstriya, Hollandiya və İngiltərənin iştirak etdiyi digər qrupda keçiriləcək son turun oyunlarından sonra müəyyən olunacaqdır.

Turnirin yarımfinal oyunları 9 sentyabr və final oyunu isə 10 sentyabr tarixində keçiriləcəkdir.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Azərbaycan-yığması  


Bizi "telegram"da izləyin