Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib - VİDEO+FOTOLAR
Oxunub: 371
18:01
07 Sentyabr 2023
Sentyabr ayının 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan “AbCon” QSC-nin 3 nəfər əməkdaşı – Gözəlov Muxtar, İbiyev Məhəmməd və Qurbanov Anar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.