Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik hesabatında qeyd olunub.
Bildirilib ki, son bir həftədə Türkiyəyə qanunsuz yollarla keçmək istəyən 31 FETÖ üzvü saxlanılıb: “Beləliklə, il ərzində qanunsuz yollarla keçmək istəyərkən saxlanılan FETÖ üzvlərinin sayı 326-ya çatıb”.
Eyni zamanda vurğulanıb ki, 2015-ci ildən bəri ümumilikdə 38 528 terrorçu məhv edilib: “Onların arasında PKK, YPG, İŞİD, FETÖ və digər qruplaşmaların nümayəndələri var”.
Ordu.az