Moldova hökuməti MDB ilə daha bir sazişi denonsasiya edib

2023/08/bb9e0-1692356961.jpg
Oxunub: 139     15:10     06 Sentyabr 2023    
Moldova hökuməti Müstəqil Dövlətlər Birliyi (MDB) ilə radioelektron vasitələrin uyğunluğu haqqında sazişi denonsasiya edib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1992-ci ildə imzalanmış "MDB-nin təhlükəsizliyinin maraqları naminə radiotezlik spektrindən istifadə və ən mühüm radioelektron vasitələrin elektromaqnit uyğunluğunun təmin edilməsi qaydası haqda" saziş denonsasiya edilib.

Qeyd edək ki, bu il başlayandan indiyə qədər Moldova MDB çərçivəsində bağlanmış 10-dan çox sazişi denonsasiya edib.

Bundan əlavə, Moldova hökuməti MDB-yə üzv dövlətlərdə ali təhsil müəssisələrinin filiallarının yaradılması və fəaliyyətinin qaydası haqqında sazişin denonsasiya layihəsini təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   MDB  


Bizi "telegram"da izləyin