ABŞ qitələrarası raketin sınaq buraxılışını həyata keçirib

2023/09/12df1-1693996982.jpg
Oxunub: 126     14:30     06 Sentyabr 2023    
ABŞ qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Kosmik Qüvvələr Agentliyi (CCSFS) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, “Minuteman III” qitələrarası ballistik raketinin sınaq buraxılışı Kaliforniya ştatındakı Vanderberq bazasından yerli vaxtla saat 01:26-da həyata keçirilib.

Xatırladaq ki, bir müddət öncə bu barədə Pentaqonun sözçüsü Patrik Rayder (Patrick S. Ryder) brifinq zamanı məlumat verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qitələrarası-raket  


Bizi "telegram"da izləyin