Özlərini turist kimi təqdim edən Çin vətəndaşları ABŞ hərbi bazalarına sızırlar

2023/09/2023--1693986003.jpg
Oxunub: 194     15:50     06 Sentyabr 2023    
Bəzən turist qiyafəsində olan Çin vətəndaşları son illər ərzində 100 dəfədən çox ABŞ-dəki hərbi bazalara və həssas ərazilərə daxil olublar.

Ordu.az xəbər verir ki, bu barədə “Wall Street Journal” ABŞ rəsmilərinə istinadən bildirib.

Nəşr bu hadisələri potensial casusluq təhlükəsi kimi qiymətləndirib.

WSJ-nin xəbərinə görə, Pentaqon, FTB və digər qurumlar ötən il müvafiq icazə olmadan ABŞ hərbi bazalarına daxil olmağa çalışdıqları üçün bu insidentləri məhdudlaşdırmağa çalışmaq məqsədilə araşdırma aparıblar.

Xəbərə görə, icazəsiz keçid edənlər arasında Nyu-Meksikoda ABŞ-nin raket bazasına girmək istəyərkən tutulan Çin vətəndaşlarından tutmuş, Florida ştatında ABŞ-nin raket buraxılış məntəqəsi yaxınlığında bulanıq sularda üzən dalğıclara qədər bir çox şəxslər var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   Hərbi-baza  


Bizi "telegram"da izləyin