Ermənistan MDB, AİB və KTMT buxovlarından azad olmalıdır - Bəyanat

2023/09/60-11-1693977882.jpg
Oxunub: 270     10:23     07 Sentyabr 2023    
Bir qrup Ermənistan vətəndaşı Ermənistanın strateji dönüşünün vacibliyi ilə bağlı bəyanat yayıb.

Ordu.az xəbər verir ki, bəyanatda Ermənistanın MDB, AİB və KTMT buxovlarından azad olmalı olduğu vurğulanıb.

“Biz, Ermənistanın azad vətəndaşları demokratik, ədalətli, güclü, firavan, sivil dünya dövlətinə sahib olmaq istəyini rəhbər tutaraq, ölkəmizin strateji dönüşünün vacibliyini təcili, təxirəsalınmaz və milli maraq siyasəti kimi bəyan edirik. İnanırıq ki, strateji dönüş yeni təhlükəsizlik sisteminin formalaşdırılması üçün etibarlı əsaslar yaradacaq, demokratik dəyərlərə zəmanət verəcək, iqtisadi inkişaf üçün iddialı perspektivlər açacaq. Ermənistanın istiqaməti regionallaşma olmalıdır, lakin bu, Avroatlantik regionallaşma olmalıdır. Bunun təsdiqi üçün ölkə Ermənistanın milli maraqlarına zidd olan müxtəlif inteqrasiya birliklərindən və ittifaqlarından, xüsusən də MDB, AİB və KTMT-nin sıxışdırıcı və dağıdıcı buxovlarından, eləcə də Rusiyanın böyük dövlət ambisiyalarının fəlakətli pəncələrindən azad edilməlidir”, - deyə bəyanatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MDB   AİB   KTMT  


Bizi "telegram"da izləyin