Ordu.az-ın TVNET-ə istinadən verdiyi məlumata görə, bu barədə Latviyanın müdafiə naziri İnara Murniece bildirib.
Müdafiə Nazirliyinin rəhbəri Latviyanın milli müdafiəsinin yenilənmiş konsepsiyasını təqdim edib. Orada bildirilir ki, Latviya sərhədinin mühəndis-texniki cəhətdən möhkəmləndirilməsi ölkənin daxili və xarici təhlükəsizliyinin gücləndirilməsi üçün vacibdir.
Eyni zamanda, ölkənin silahlı qüvvələri sərhəd xidməti ilə birlikdə hibrid təhlükələrə qarşı plan və mexanizmlər hazırlamalıdır.
Ordu.az