“Ermənistanın Baş naziri Rusiyaya qarşı getdikcə daha həyasız bəyanatlar verir” - Zatulin

2021/08/zatul-1628324415.jpg
Oxunub: 178     12:32     05 Sentyabr 2023    
“Ermənistanın Baş naziri Rusiyaya qarşı getdikcə daha həyasız bəyanatlar verir”.

Ordu.az xəbər verir ki, bunu Rusiya parlamentinin aşağı palatasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Moskva danışır” radiostansiyasının efirində deyib.

Onun sözlərinə görə, Paşinyan Rusiya haqqında həyasızcasına danışır.

“Nümayəndə heyətlərimizlə rəsmi danışıqlar zamanı Paşinyan getdikcə daha həyasızcasına davranır. O hesab edir ki, müxalifət kifayət qədər güclü deyil və kifayət qədər nüfuzdan salınıb, haqsız yerə keçmiş günahlarda ittiham olunub”, - deyə Zatulin qeyd edib.

Zatulin əmindir ki, Nikol Paşinyanın və onun hökumətinin hakimiyyətdə olması Ermənistanın rəqibləri üçün faydalıdır.

“Qərb əmindir ki, hazırkı Baş nazir Rusiyanı Ermənistandan qovmağa qadirdir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zatulin   Paşinyan  


Bizi "telegram"da izləyin