Türkiyənin müdafiə və təhlükəsizliyinin “A Komandası” Soçidəki kritik görüşdə iştirak edib

2023/09/savun-1693894880.jpg
Oxunub: 147     15:02     05 Sentyabr 2023    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə birgünlük işgüzar səfər etmək üçün TUR təyyarəsi ilə saat 12:15-də Rusiyaya gəlib.

Ordu.az xəbər verir ki, Ərdoğanı Soçi Beynəlxalq Hava Limanında Krasnodar vilayəti qubernatorunun müavini Aleksandr Ruppel, Soçi şəhərinin meri Aleksey Kopayqorodski, Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu baş direktorunun müavini İqor Boqdaşev, Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar və digər rəsmi şəxslər qarşılayıblar.

Ərdoğanla yanaşı xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı, ticarət naziri Ömər Bolat, MİT sədri İbrahim Kalın, Müdafiə Sənayesi Komitəsinin (MSK) rəhbəri Haluk Görgün və Prezident Administrasiyasının kommunikasiyalar direktoru Fahrettin Altun da Soçiyə gəlib.

Soçidə keçirilən görüşdə iştirak edənlər arasında xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın və MSK rəhbəri Haluk Görgünün iştirakı diqqət çəkib. Yuxarıda adı çəkilən 4 şəxs Türkiyənin müdafiə və təhlükəsizlik bürokratiyasının “A Komandası”nı təşkil edir.


Ərdoğan-Putin görüşünün ən mühüm gündəm maddəsi Rusiyanın iyulun 17-də çıxdığı Qara dəniz taxıl dəhlizi sazişi olub. Rusiya-Ukrayna müharibəsindəki son hadisələrin də müzakirə olunduğu görüşdə iki ölkə arasında enerji, ticarət, iqtisadiyyat və turizm başda olmaqla əlaqələr də müzakirə olunub.

Putinlə görüşən Ərdoğan bildirib: “Aramızdakı ən böyük məsələlərdən biri müdafiə sənayesində atdığımız və atacağımız addımlardır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   Görüş  


Bizi "telegram"da izləyin