Somalidə “Aş-Şabab”ın 40-dan çox silahlısı məhv edilib

2023/09/1693889315.jpg
Oxunub: 125     01:08     05 Sentyabr 2023    
Somalidə hökumət qüvvələri “Aş-Şabab” radikal qruplaşmasına qarşı əməliyyat keçirib, 43 silahlı məhv edilib.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Somalinin İnformasiya Nazirliyi məlumat yayıb.

Əməliyyat Qalmuduq əyalətində silahlıların sığınacaqlarının olduğu iki yaşayış məntəqəsində həyata keçirilib.

Terrorçuların istifadə etdiyi üç avtomobil də ələ keçirilib.

Qeyd edək ki, “Aş-Şabab” 2004-cü ildə Somalidə yaradılıb. Onun 10 minə qədər silahlısı var, onlar əsasən ölkənin mərkəzi və cənub bölgələrində fəaliyyət göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   Aş-Şabab  


Bizi "telegram"da izləyin