Ərdoğanın Rusiyaya səfəri başa çatıb

2023/09/64f61-1693850095.jpg
Oxunub: 177     21:29     04 Sentyabr 2023    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başa çatıb.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, Ərdoğan Soçidən Ankaraya qayıdıb.

Rusiya səfəri zamanı ölkə başçısını xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, Mərkəzi Bankın sədri Hafize Qaye Erkan, müdafiə sənayesi idarəsinin sədri Haluk Görgün və Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun müşayiət ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Rusiya  


Bizi "telegram"da izləyin