Atçılıq idmanının dresaj növü üzrə açıq çempionatda milli yığmamızın üzvü çıxış edib - FOTO

2023/09/10_70-1693837100.jpg
Oxunub: 243     18:01     04 Sentyabr 2023    
Sentyabr ayının 1-3 tarixlərində atçılıq idmanının dresaj növü üzrə Almaniyanın ən güclülərinin iştirak etdiyi açıq çempionatda milli yığmamızın üzvü Aqata Zəhrabəyova çıxış edib.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə Almaniyanın Düsseldorf şəhərində təlim məşq toplanışlarına mütəmadi qatılan və Avropanın ən mötəbər turnirlərində ölkəmizi təmsil edən Aqata Zəhrabəyova 3 gün davam edən bu turnirdə də xüsusi fərqlənərək finala vəsiqə qazanıb və 25 idmançının iştirakı ilə baş tutan yekun mərhələdə 3-cü yerə yüksəlib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX  


Bizi "telegram"da izləyin