Azərbaycan Müdafiə Nazirliyinin paylaşdığı görüntülərdə 3 erməni hərbi qulluqçunun katapult vasitəsilə PUA-nı uçurduğu görünür.
Bu yaxınlarda Ermənistan havadan sursat atan PUA ilə Azərbaycan qoşunlarını hədəfə alıb.
“Caucasus War Report” adlı hesabın paylaşdığı ilk videoda 4 Azərbaycan hərbi qulluqçusunun hədəfə alındığı görüntülənib. Bu məzmunda paylaşılan ikinci videoda havadan atılan sursatın partlamadığı diqqəti çəkib.
Sentyabrın 2-si günorta saatlarında isə Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.
ASELSAN-ın “İhasavar” Antidron Sistemi Azərbaycanın istifadəsində
ASELSAN-ın “İhasavar” Antidron Sistemi Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) istifadəyə verilib. Bu kontekstdə ASELSAN nümayəndəsi 25-27 sentyabr tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçirilən ADEX 2018 sərgisində “Army Recognition”a açıqlama verib.
ASELSAN nümayəndəsi bu günə qədər təhvil verilən antidron silahlarının sayı ilə bağlı təfərrüata varmayıb və bu açıqlamaları verib: “İhasavar” sistemi ötən il istifadəyə verilib. Azərbaycan HHQ alçaqdan uçan PUA-ları aşkar etmək və məhv etmək üçün Ermənistanla mübahisəli sərhədləri boyunca “İhasavar” sistemini yerləşdirir”.
“İhasavar” Antidron Sistemi
“İhasavar” Antidron RF Qarışdırma Sistemi hərbi obyektlər/bazalar, dövlət qurumlarının binaları, yüksək səlahiyyətli yaşayış yerləri, mərasim sahələri, təhlükəsizlik və nəzarət məntəqələri yaxınlığında aktiv qarışdırma tətbiqi ilə dron/mini-PUA uçurulmasının qarşısını alaraq qoruma təmin edir.
“İhasavartm” dron/mini-PUA-ların bütün uzaqdan idarəetmə, GPS/GLONASS peyk naviqasiyası, məlumat və görüntü ötürmə tezliklərini eyni anda qarışdıraraq dron/mini-PUA-dan istifadə etməklə yarana biləcək təhlükələri aradan qaldıra bilər.
“İhasavartm” təhlükəsizlik işçilərinə dron/mini-PUA-ları göründükləri anda aradan qaldırma imkanı verərək, anten oriyentasiyasını təmin edən sensor sistemlərinə ehtiyacı aradan qaldıraraq, sərfəli həll yolu yaradır.
“İhasavartm” xüsusi olaraq dizayn edilmiş yüksək qazanclı istiqamətləndirici anteni ilə bu ölçüdə bir sistemdən gözləniləndən çox səmərəli məsafələr təmin edir. Silah tipli dizaynı ilə “İhasavartm” kompakt sistem arxitekturası, yüngüllüyü və daşınma qabiliyyəti ilə istifadəçiyə maksimum erqonomika təqdim edir.
Sistem təkrar doldurulan, yüksək tutumlu “Li-Ion” batareyaları ilə ən azı 1,5 saat fasiləsiz yayım edə bilir. Ən müasir, ən sürətli sintez olunan rəqəmsal infrastrukturu ilə “İhasavartm” proqramlaşdırıla bilənliyi sayəsində taktiki və əməliyyat ehtiyaclarına effektiv həll təklif edən Proqramlaşdırıla bilən Proqram Əsaslı Qarışdırma Sistemidir. Yüzdən çox müxtəlif “qarışdırma profili” istifadəçi tərəfindən müxtəlif taktiki ssenarilərdə istifadə olunmaq üçün dizüstü kompüter vasitəsilə proqramlaşdırıla bilər.
Firuz Bağırov
Ordu.az