Ordu.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxda Zabux kəndinə köçürülmüş sakinlərin buradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə səsləndirdikləri fikirlər öz əksini tapıb. https://www.youtube.com/watch?v=9J0D4nGIvOM
Videoreportajda onlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, qüdrətli Azərbaycan Ordusuna, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduqlarını bildiriblər.
Xatırladaq ki, Laçın rayonunun Zabux kəndinə ilkin mərhələdə 20 ailə köçürülüb. Yurd həsrəti bitən 88 kənd sakini bu torpağa yeni nəfəs gətirib.
Qeyd edək ki, Zabux çayının sahilində, Qarabağ yaylasında yerləşən kəndin bütün tarixi dövrlərdə etnik tərkibi tamamilə azərbaycanlılardan ibarət olub. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Kənddə yerli zabuxlularla yanaşı, qonşu Fətəlipəyədən, Fətəlipəyə Qışlağından (Bağırbəylilər), Sus Xallanlısından və Sümüklüdən köçüb gəlmiş insanlar da məskunlaşmışdı.
2006-cı ilin statistikasına görə kəndin 570 nəfər əhalisi olub.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zabux kəndi 30 illik əsarətdən sonra 2022-ci il avqustun 26-da Azərbaycanın nəzarətinə keçib.
Ordu.az