Dmitri Medvedev: “Yaponiya Asiya-Sakit Okean regionunda vəziyyəti ciddi şəkildə çətinləşdirir”

2022/10/05c0a-1665852941.jpg
Oxunub: 211     10:11     03 Sentyabr 2023    
“Yaponiya hakimiyyəti Asiya-Sakit Okean regionunda vəziyyəti ciddi şəkildə çətinləşdirən ölkənin yeni hərbiləşdirilməsi istiqamətində kurs aparır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, Yaponiyada amerikalı kuratorların dəstəyi ilə hərbi infrastruktur fəal şəkildə genişlənir, xarici silahlar, o cümlədən hücum xarakterli silahlar alınır.

“Yaponiya bu gün unudulmaz tarixi qeyd etdiyimiz tarixdən dərs almalı və İkinci Dünya Müharibəsinin nəticələrini tam tanımalı, üçüncü müharibənin alovlanmasının qarşısını almaq üçün hər şeyi etməlidir. Öz xalqınızın xeyrinə militarist planlardan imtina edin”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedev   Yaponiya   Rusiya  


Bizi "telegram"da izləyin