"SpaceX" Pentaqonun peyklərini kosmosa göndərib

2023/08/1691039432.jpg
Oxunub: 236     21:38     02 Sentyabr 2023    
Amerikanın "SpaceX" şirkəti kosmosa Pentaqonun 13 hərbi peykini göndərib.

Ordu.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Peyklər "Falcon 9" daşıyıcı raketləri ilə orbitə çıxarılıb.

Bildirilir ki, avadanlıq raket buraxılışlarını izləmək və bütün dünyada hərbi rabitəni təmin etmək üçün nəzərdə tutulub.

Agentliyin məlumatına görə, peyklərin orbitə göndərilməsi iki dəfə təxirə salınıb.

Bu "SpaceX"in 61-ci buraxılışı olub ki, bu da yeni rekord olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   Pentaqon  


Bizi "telegram"da izləyin