“CANiK” sentyabrda Polşa və Britaniyaya “enəcək”

2023/09/1693635431.jpg
Oxunub: 2010     16:45     02 Sentyabr 2023    
“CANiK” sentyabr ayında Polşa və Britaniya ilə ixracyönümlü qlobal sərgi macərasını davam etdirir.

Ordu.az xəbər verir ki, IDEF-23 sərgisində nümayiş etdirdiyi ən yeni məhsullarını ilk dəfə xaricdə təqdim etməyə hazırlaşan “CANiK” Qrup Şirkətləri ilə birlikdə Polşa və Britaniyada yeni bir tarix yazmaq niyyətindədir.

“CANiK” 2023-cü ildə 45 faiz böyüməyi hədəfləyib, Polşa və Britaniyadakı sərgilərlə 2024-cü il üçün sifarişlərini sürətləndirməyi planlaşdırır.

Şirkət sentyabrın 12-15-də Britaniyanın paytaxtı Londonda dünyanın aparıcı və ən nüfuzlu sərgilərindən biri olan Beynəlxalq Müdafiə və Təhlükəsizlik Avadanlıqları Sərgisinə (DSEI 2023) hazırlıqlarını davam etdirir.

DSEI 2023-dən əvvəl “CANiK” sentyabrın 5-8-də Polşada keçiriləcək Şərqi Avropanın ən qədim müdafiə sərgisi olan MSPO 2023 ilə göstəricilərini daha da yüksəltməyi hədəfləyir.

Ötən il dünyanın üç orta çaplı silah istehsalçısından biri olan Britaniyanın köklü şirkəti “AEI Systems”i satın alan “CANiK” IDEF 23 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirdiyi yüksək bəyənilən məhsulları ilə yeni ixrac rekordu vurmağa hazırlaşır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CANiK   Polşa   Britaniya  


Bizi "telegram"da izləyin