Misirdə 34 ölkənin iştirakı ilə “2023 Parlaq Ulduz” təlimi başlayıb

2023/09/1693635328.jpg
Oxunub: 230     16:54     02 Sentyabr 2023    
Misirdə iki həftə davam edəcək “2023 Parlaq Ulduz” hərbi təlimi 34 ölkədən hərbi qulluqçuların iştirakı ilə başlayıb.

Ordu.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin bölmələri təlimdə iştirak etmək üçün Misirə gəlib.

Hindistan 549 şəxsi heyətlə ilk dəfə təlimə qatılır.

Misir rəsmiləri manevrlərin hava, dəniz və quru elementlərinin iştirakı ilə Şimali Misirin Aralıq dənizi sahilində yerləşən Hammam şəhərindəki Məhəmməd Naguib Hərbi Bazasında və Marsa Matruh şəhərində həyata keçiriləcəyini açıqlayıb.

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Təlim və İnkişaf İdarəsinin rəisi general-mayor Adel Əl-Bələvi deyib ki, Səudiyyə qüvvələri təlim planlarının bir hissəsi olaraq Krallığın daxilində və xaricində birgə təlimlər keçirəcək.

Digər iştirakçı ölkələr Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Britaniya, Almaniya, İordaniya, İraq, Sudan, Kipr, Yunanıstan, Mərakeş, Keniya, İtaliya, İspaniya, Fransa, Tanzaniya, Nigeriya, Tunis, Küveyt, Pakistan, Braziliya, Cənubi Afrika, Yaponiya, Avstraliya, Əlcəzair, Qətər, Mali, Burkina Faso, Uqanda və Nigeriyadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   2023-Parlaq-Ulduz   Təlim  


Bizi "telegram"da izləyin