Rusiyalı hakerlər Ukrayna hərbi qulluqçularının mobil cihazlarına sızıblar

2023/09/1693635259.jpg
Oxunub: 261     17:20     02 Sentyabr 2023    
Rusiya hərbi hakerlərinin Ukrayna müharibəsinə kömək edə biləcək həssas döyüş məlumatlarını oğurlamaq məqsədilə Ukrayna hərbi qulluqçularının mobil cihazlarına sızdığı bildirilir.

Ordu.az xəbər verir ki, ABŞ və onun “Five Eyes” müttəfiqləri (Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniya) tərəfindən verilən yeni xəbərdarlıqda rus hakerlərin Ukrayna ordusunun “döyüş tapşırıqlarını planlaşdırmaq və yerinə yetirmək” üçün istifadə etdiyi “Android” planşetlərinə sızmağa çalışdıqları barədə xəbərdarlıq edilib.

Ukraynanın SBU təhlükəsizlik xidməti bu məlumatı təsdiqləyib.

Rus hakerlərin zərərli proqramları hərbi qulluqçuların mobil cihazlarından İlon Maskın şirkəti tərəfindən hazırlanmış “Starlink” peyk sisteminə göndərilən məlumatları oğurlamaq üçün nəzərdə tutulub. “Starlink” peykləri Ukraynanın döyüş sahəsinin rabitəsi üçün vacibdir.

Xəbərlər göstərir ki, kiberməkanda həssas hərbi məlumatlara nəzarət uğrunda mübarizə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsində əsas cəbhədir.

Sızmanın nə dərəcədə uğurlu olduğu bəlli deyil. Ukraynanın SBU təhlükəsizlik xidməti bəzi hakerlik cəhdlərini “blokladığı”nı iddia edib, eyni zamanda etiraf edib ki, ruslar döyüş meydanında planşetləri “ələ keçirib” və onlara zərərli proqramlar yükləyiblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Haker   Ukrayna  


Bizi "telegram"da izləyin