İndoneziya və ABŞ ordusu “Super Garuda Shield 2023” birgə təlimlərinə başlayıb

2023/09/1693635038.jpg
Oxunub: 210     17:54     02 Sentyabr 2023    
Minlərlə İndoneziya və ABŞ hərbi qullqçusu iki həftəlik birgə təlimə başlayıb.

Ordu.az xəbər verir ki, Asiya-Sakit okean regionunda sabitliyi təmin etmək məqsədi daşıdığı bildirilən təlimlərdə beş ölkədən müttəfiqlər iştirak edib.

“Super Garuda Shield” kimi tanınan illik təlim 2000-dən çox ABŞ hərbi qulluqçusunun iştirakı ilə Şərqi Yavanın Baluran şəhərində başlayıb.

İndoneziya ordusu isə ölkənin hərbi komandiri Yudo Marqononun mərasimlə açdığı təlimə qatılmaq üçün 2800 hərbi qulluqçu göndərdiyini açıqlayıb.

İki həftəlik təlim Şərqi Yavada bir neçə təlim nöqtəsində keçiriləcək və Avstraliya, Yaponiya, Sinqapur, Fransa və Böyük Britaniyadan olan iştirakçılar iştirak edəcək.

Təlimdə Braziliya, Kanada, Almaniya, Hindistan, Malayziya, Hollandiya, Filippin, Cənubi Koreya, Yeni Zelandiya, Şərqi Timor, Bruney və Papua Yeni Qvineya müşahidəçi ölkə kimi iştirak edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İndoneziya   ABŞ   Super-Garuda-Shield-2023  


Bizi "telegram"da izləyin