Pentaqon rəhbəri və Fransa silahlı qüvvələrinin naziri Nigerdə diplomatik qərara münasibət bildirib

2023/08/sad7s-1693457647.jpg
Oxunub: 131     08:00     02 Sentyabr 2023    
Pentaqon rəhbəri Lloyd Ostin və Fransa Silahlı Qüvvələrinin naziri Sebastyen Lekornu telefon danışığında Nigerdə diplomatik nizamlanma arzusunu ifadə edib və Afrikadakı tərəfdaşlarla qarşılıqlı əlaqənin zəruriliyini qeyd ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi briqada generalı Patrik Rayderin cümə günü dərc etdiyi yazılı açıqlamada deyilir.

Sənədə əsasən, Ostin və Lekornu Qərbi Afrikada baş verən son hadisələr fonunda Nigerdəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Nazirlər Nigerdəki vəziyyətin diplomatik yolla həlli üçün birgə istəklərini ifadə ediblər və nigeriyalılar və Afrikadakı regional tərəfdaşlarla daha da əlaqə saxlamağın zəruriliyini vurğulayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Niger  


Bizi "telegram"da izləyin