Mərkəzi Afrika Ölkələrinin İqtisadi Birliyi MAR prezidentini Qabon üzrə koordinator təyin edib

2023/09/4373e-1693589041.jpg
Oxunub: 3377     21:03     01 Sentyabr 2023    
Mərkəzi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECCAS) Mərkəzi Afrika Respublikasının (MAR) Prezidenti Fosten-Arkanj Tuaderi Qabon üzrə koordinator təyin edib.

Ordu.az xəbər verir ki, bu barədə ECCAS-ın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

“ECCAS Mərkəzi Afrika Respublikasının Prezidenti Tuaderi Qabondakı siyasi prosesin koordinatoru təyin edib və ən qısa zamanda Qabonda konstitusiya nizamını bərpa etmək üçün ona Qabondakı bütün tərəflərlə və ölkənin tərəfdaşları ilə danışıqlara başlamaq səlahiyyəti verib”, - məlumatda bildirilib.

ECCAS, həmçinin Qabonda ordunun ölkə konstitusiyasını, həmçinin ECCAS və Afrika İttifaqının baza sənədlərini pozaraq hakiyyəti zorla ələ keçirməsini pisləyib.

Qeyd edək ki, Qabon ilə bağlı ECCAS-ın təcili iclası sentyabrın 4-də keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ECCAS   Qabon  


Bizi "telegram"da izləyin