Ukraynanın yeni müharibə strategiyası olan “karton PUA-lar” Rusiyaya qarşı hücumda ilk dəfə istifadə edildi

2023/09/2023--1693557581.jpg
Oxunub: 336     14:12     01 Sentyabr 2023    
Ukraynanın yeni müharibə strategiyası “karton Pilotsuz Uçuş Aparatları”dır (PUA).

Ordu.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Kursk hava limanına hücumda karton PUA-lardan istifadə etdiyini açıqlayıb.

Hücumda 5 Rusiya döyüş təyyarəsi vurulub.

Ukrayna Rusiyaya qarşı hücumunda karton PUA-lardan istifadə etməyə başlayıb. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) “Kyiv Post”a verdiyi açıqlamada Rusiyanın Kursk hava limanında 5 döyüş təyyarəsinə ziyan vuran hücumun Avstraliyadan gələn karton PUA-larla həyata keçirildiyini açıqlayıb. Avstraliya da Rusiya hava limanına hücumda karton PUA-lardan istifadə edildiyini təsdiqləyib.

SBU-nun açıqlamasında karton PUA-ların 1 ədəd “MiQ-29” və 4 ədəd “Su-30” döyüş təyyarəsini vurduğu, həmçinin 2 ədəd “Pantsir” raket buraxılış qurğusu və S-300 Hava Hücumundan Müdafiə (HHM) sistemini zədələdiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Kursk   PUA  


Bizi "telegram"da izləyin