Ordu.az xəbər verir ki, Çinin J-35 stels döyüş təyyarəsi əməliyyat sınaqlarında irəliləyir.
Təyyarənin uçuş sınağının görüntüləri ortaya çıxıb. ABŞ-nin yaxından izlədiyi J-35 5-ci nəsil F-35 döyüş təyyarələri ilə müqayisə edilir.
Çinin J-35 stels döyüş təyyarəsinin uçuş sınaqlarının videosu sosial mediada yayılıb.
Sosial mediada təyyarənin sürətli inkişafını və Xalq Azadlıq Ordusu Dəniz Qüvvələrinin (PLAN) tam əməliyyat qabiliyyətinin davamlı irəliləyişini göstərən görüntülər yayılıb.
Sevinc Əliyeva
Ordu.az