Yaponiya müdafiə büdcəsini 12 faiz artırmağı planlaşdırır

2023/09/2023--1693553284.jpg
Oxunub: 181     11:15     02 Sentyabr 2023    
Yaponiyanın Müdafiə Nazirliyi Çinin bölgədə artan hərbi fəaliyyətinə və Şimali Koreyanın “təhdidedici raket sınaqlarına” cavab olaraq gələn ilin büdcəsi üçün hökumətdən təxminən 12 faiz artım istəyib.

Ordu.az xəbər verir ki, Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmiş büdcə planlaması 2024-cü maliyyə ili üçün təxminən 12 faiz artımla 52,5 milyard dollarlıq rekord xərcləmə tələb edir.

Nazirlik 2024-cü il büdcəsi çərçivəsində hələ inkişaf mərhələsində olan milli “standoff” raketləri üçün 5,17 milyard dollar, “Aegis” raketdən müdafiə sistemi ilə təchiz edilmiş iki döyüş gəmisinin inşası üçün isə 3,35 milyard dollar istəyir.

Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmiş büdcə artımı sorğusu danışıqlar üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Növbəti 5 illik plana əsasən, Yaponiya illik müdafiə xərclərini iki dəfə artırmaqla ümumilikdə 315 milyard dollar xərcləməyi planlaşdırır.

Sözügedən plan Yaponiyanı Çin və ABŞ-dən sonra müdafiəyə ən çox xərcləyən üçüncü ölkə edəcək.

Yaponiya hökuməti həmçinin müdafiə sahəsində təkmilləşdirmələr çərçivəsində öldürücü silahların ixracını qadağan edən siyasətini yumşaltmağı planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin