Avstraliya ağıllı dəniz minaları alacaq

2023/09/Deniz-1693553095.jpg
Oxunub: 208     17:12     01 Sentyabr 2023    
Son zamanlarda etdiyi müdafiə tədarükləri ilə diqqət çəkən Avstraliya “RWM Italia”dan ağıllı dəniz minaları alacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Avstraliya Müdafiə Nazirliyi Almaniyanın çoxmillətli müdafiə sənayesi şirkəti “Rheinmetall”ın İtaliyadakı törəməsi olan “RWM Italia” ilə ölkəyə ağıllı dəniz minalarının idxalı və bu minaların istehsalı üçün materialların və texnologiyanın ölkədə tədarükü ilə bağlı razılığa gəlib.

Avstraliya Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd edilir ki, razılaşmaya əsasən, baş ofisi Romada olan şirkətdən ağıllı dəniz minaları alınacaq.

Eyni zamanda ağıllı dəniz minalarının istehsalı üçün Avstraliyaya material və təcrübə təmin edəcək şirkət elektron və müntəzəm texniki xidmət dəstəyi də verəcək.

Avstraliya hökuməti uzun mənzilli müdafiə qabiliyyətini artırmaq üçün ABŞ-dən 1,3 milyard dollar dəyərində “Tomahawk” qanadlı raketləri alacağını açıqlayıb.

AUKUS müqaviləsi çərçivəsində alınması planlaşdırılan “Virginia” sinfinə məxsus sualtı qayıqlardan “Tomahawk” raketlərinin buraxıla biləcəyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   RWM   Italia  


Bizi "telegram"da izləyin