Suriyada ərəb tayfaları ilə PKK/YPG arasında toqquşma başlayıb

2023/09/ypgpk-1693549827.jpg
Oxunub: 207     10:26     01 Sentyabr 2023    
Suriyanın şərqindəki Deyrizor bölgəsində ərəb tayfaları ilə ABŞ-ın dəstəklədiyi PKK/YPG terror qruplaşmaları arasında toqquşma başlayıb.

Ordu.az xəbər verir ki, ərəblər bəzi strateji nöqtələri ələ keçirib, PKK/YPG-nin zirehli maşınlarını yandırıblar.

Yerli mənbələrin məlumatına görə, 18 kənd artıq ərəblərin nəzarətindədir.

Qeyd olunub ki, toqquşma davam edir. Silahlı qiyama səbəb kimi terror qruplaşmalarının ərazidəki nefti mənimsəmələri göstərilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   PKK/YPG  


Bizi "telegram"da izləyin