Qabonda üsyançılar Bris Oliqi Nqemanı dövlət başçısı təyin ediblər

2023/08/7bba4-1693420406.jpg
Oxunub: 6011     22:02     30 Avqust 2023    
Qabonda hakimiyyəti ələ keçirən hərbçilər Respublika Qvardiyasının komandanı general Bris Oliqi Nqemanı keçid dövrü üçün dövlət başçısı təyin ediblər.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" üsyançılardan birinin Qabon televiziyasında oxuduğu bəyanata istinadən məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər yüksək rütbəli zabit Qabonun milli televiziyasına hakimiyyətin hərbçilərin əlinə keçdiyini, ölkə sərhədlərinin növbəti xəbərdarlığa qədər bağlı olduğunu elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qabon   Üsyançılar  


Bizi "telegram"da izləyin