Borrell: “Qabondakı çevriliş Aİ liderlərini təəccübləndirib”

2023/04/josep-1680595953.jpg
Oxunub: 2040     20:54     30 Avqust 2023    
Qabondakı çevriliş Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri üçün gözlənilməz olub.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrell birliyə daxil olan ölkələrin müdafiə nazirlərinin İspaniyanın Toledo şəhərində keçirilən qeyri-rəsmi görüşündən sonra təşkil edilən mətbuat konfransında bildirib.

“Bu səhər Qabonda baş verənlər bizi təəccübləndirdi. Vəziyyəti izləməyə davam edirik”, - o deyib.

Aİ-nin xarici siyasət xidmətinin rəhbəri, həmçinin əlavə edib ki, Aİ ölkələri Qabondakı hadisələrə Nigerdəki hadisələrlə eyni şəkildə reaksiya verəcək.

Xatırladaq ki, daha əvvəl Qabonun bir qrup yüksək rütbəli hərbi məmuru milli televiziya vasitəsilə hakimiyyətə gəldiklərini elan edib. Üsyançılar arasında Bris Kloter Oliqi Nquemanın rəhbərlik etdiyi Respublika Qvardiyasının, eləcə də təhlükəsizlik xidmətlərinin, ordunun və polisin nümayəndələri var. Qiyamçılar avqustun 26-da keçirilmiş və Əli ben Bonqo Ondimbanın üçüncü müddətə seçildiyi prezident seçkilərinin nəticələrini ləğv ediblər. Hərbçilər prezidentin ailə üzvləri və həkimlərin əhatəsində ev dustağı olduğunu bildiriblər. Əli ben Bonqo Ondimba özü videomüraciət qeydə alaraq prezident iqamətgahı ərazisində hərbçilər tərəfindən saxlanıldığını təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Borrell   Qabon    


Bizi "telegram"da izləyin