Britaniya xarici işlər naziri Çinə gedir

2023/05/1683605598.jpg
Oxunub: 1918     15:53     29 Avqust 2023    
Böyük Britaniyanın xarici işlər nazir Ceyms Kleverli Çinə səfər edəcək.

Ordu.az "Politico"ya istinadən xəbər verir ki, səfər avqustun 30-da baş tutacaq.

Səfər öncəsi Filippində mətbuatın suallarını cavablandıran Kleverli deyib ki, onun Çindəki görüşlərinin əsas mövzusu təhlükəsizliklə bağlı olacaq.

"Biz birlikdə necə işləyə biləcəyimizi və münasibətlərimizin hansı sahələrdə daha məhsuldar ola biləcəyini müzakirə edəcəyik.

Mən Çinin regiondakı mövqeyi, Rusiyanın Ukraynaya təcavüzü və Ukraynanın suverenliyinə, BMT Nizamnaməsinə hörmət edilməklə nəticəyə gəlmək üçün nə edilə biləcəyi kimi məsələləri müzakirə edəcəyəm".

Britaniya XİN rəhbəri Ceyms Kleverli ikitərəfli əlaqələr barədə danışarkən London və Pekin arasında müəyyən sahələrdə “güclü fikir ayrılıqlarının” olduğunu - Çinin Britaniya parlament üzvlərinə sanksiya tətbiq etdiyini və bu ölkənin Honq-Konqla bağlı bağladığı razılaşmalara əməl etmədiyini xatırladıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Çin  


Bizi "telegram"da izləyin