Yaponiya ilk dəfə F-35 qırıcılarını Avstraliyadakı bazalarına göndərib

2023/08/ABD-F-1691737998.jpg
Oxunub: 204     18:45     28 Avqust 2023    
Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus iki F-35 qırıcısı Avstraliyadakı bazaya göndərilib.

Ordu.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Təyyarələr Darvindən 320 kilometr cənub-şərqdə yerləşən Avstraliya Hərbi Hava Qüvvələrinin (HHQ) “Tindal” bazasına çatıb.

Hər iki ölkənin HHQ nümayəndələri bu addımın bütün səviyyələrdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, Asiya-Sakit okean regionunun azad və açıq məkanının qorunması baxımından əhəmiyyətini vurğulayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Avstraliya  


Bizi "telegram"da izləyin