“Nikkei”: Qərb müdafiə şirkətləri qərargahlarını Yaponiyaya köçürür

2023/08/2023--1693213752.jpg
Oxunub: 7151     17:00     28 Avqust 2023    
Tokio Şərqi Asiyada təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda müdafiə xərclərini kəskin şəkildə artırmağa hazırlaşdığı bir vaxtda dünyanın əsas müdafiə şirkətləri Asiya əməliyyatlarının ağırlıq mərkəzini Yaponiyaya köçürür.

Ordu.az xəbər verir ki, Britaniyanın aparıcı aerokosmik və silah şirkəti olan “BAE Systems” bu ilin sonuna kimi Asiyadakı əməliyyatlarına nəzarəti Malayziyadan Yaponiyaya keçirib, ABŞ-nin “Lockheed Martin” şirkəti isə bu yaxınlarda transferi tamamlayıb.

2022-ci ilin yanvarında Yaponiyada törəmə müəssisə yaradan “BAE” Yaponiyadan bütün Asiya regionunda biznes strategiyalarına nəzarət etmək üçün məsul olan baş menecer təyin edəcək.

Londonda yerləşən şirkət Yaponiya, Böyük Britaniya və İtaliya tərəfindən yeni nəsil reaktiv təyyarənin yaradılması üçün birgə yaradılmış Qlobal Döyüş Hava Proqramında (GCAP) əsas rol oynayır.

Şirkət Yaponiyanın “Mitsubishi Heavy Industries” və üçtərəfli layihədə iştirak edən digər şirkətlərlə əməkdaşlığı gücləndirəcək.

BAE Asiya bazarı üçün nəzarət funksiyalarını təhvil verdikdən sonra biznes əsasını gücləndirmək üçün Yaponiyadakı törəmə müəssisəsindəki işçilərin sayını artıracaq.

“Lockheed” Martin Asiyadakı strateji qərargahını Sinqapurdan Yaponiyaya köçürüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Yaponiya  


Bizi "telegram"da izləyin